Ən etibarlı avtomobil brendləri açıqlanıb: Toyota liderdir

1 Min Read

iSeeCars portalı ən etibarlı avtomobil brendlərinin reytinqini hazırlayıb. Tədqiqat çərçivəsində mütəxəssislər müəyyən avtomobil markalarının ciddi texniki problemlər olmadan 400 min kilometrdən çox məsafə qət etmə ehtimalını qiymətləndiriblər.

Reytinqdə birinci yeri Toyota tutub. Araşdırmanın nəticələrinə görə, bu markaya məxsus avtomobillərin 17,8 faizi, yəni təxminən hər beş avtomobildən biri 400 min kilometr həddini keçə bilir.

Lexus 12,8 faiz göstərici ilə ikinci, Honda isə 10,8 faizlə üçüncü sırada qərarlaşıb. Acura 7,2 faiz nəticə ilə dördüncü yeri tutub ki, bu da bazar üzrə orta göstəricidən (4,8 faiz) təxminən iki dəfə yüksəkdir. İlk beşliyi isə ABŞ istehsalçısı GMC 4,6 faiz göstərici ilə tamamlayıb.

İlk onluqda həmçinin Tesla (4,6 faiz), Chevrolet (4,5 faiz), Cadillac (4,5 faiz), Mazda (3,6 faiz) və Ram (3,5 faiz) yer alıb.

Reytinqin ikinci onluğunda isə Lincoln (3,4 faiz), Ford (3,1 faiz), Dodge (2,5 faiz), Nissan (2,4 faiz), Subaru (2,3 faiz), Volvo (2,2 faiz), Infiniti (2,1 faiz), Mercedes-Benz (1,7 faiz), Jeep (1,3 faiz) və Mitsubishi (1,1 faiz) qərarlaşıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş