NASA-dan futbolun statistik “şansı”: ABŞ-nin Dünya Kubokunu qazana biləcəyi iddia olunur

1 Min Read

Gerald Skinnerin əvvəl NASA-da çalışdığı və daha sonra futbol statistikası üzrə araşdırmalara yönəldiyi bildirilir. O, Guy Freeman ilə birlikdə “Journal of Applied Statistics” jurnalında futbol nəticələrinin komanda gücünü nə dərəcədə əks etdirdiyini araşdıran məqalə dərc edib.

ESPN-in “ABŞ-ın 2026 Dünya Kubokunu qazanacağını sübut edən 13 statistik məlumat” adlı materialında bu araşdırmaya istinad edilir.

Müəlliflər “keçidsiz üçlük” anlayışını irəli sürərək bildirirlər ki, əgər A komandası B-ni, B komandası C-ni, C isə A-nı məğlub edirsə, bu, nəticələrin komanda gücünü tam əks etdirmədiyini göstərir. Onların Dünya Kuboku (1938–2006) analizinə görə bu cür hallar 12% təşkil edir.

Araşdırmada qeyd olunur ki, ideal təsadüfi modeldə bu göstərici 25% olmalı idi. Bu isə turnir nəticələrinin tam təsadüfi olmadığını göstərir.

ESPN materialında futbol üzrə Dünya Kuboku ilə bağlı 13 statistik fakt sadalanır və iddia edilir ki, bu göstəricilər nəzəri olaraq ABŞ-ın 2026 turnirində çempion ola biləcəyini istisna etmir.

Siyahıda FIFA reytinqi liderlərinin, debütantların, yaşlı məşqçilərin və digər statistik kateqoriyaların indiyədək çempion ola bilməməsi kimi faktlar da yer alır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş