Škoda Auto 2026-cı ilin ilk rübündə Avropada satışlarını əhəmiyyətli dərəcədə artıraraq 223,5 min avtomobil satıb. Bu barədə Autocar məlumat yayıb.
Şirkətin baş direktoru Klaus Zellmer bu nəticəni dayanıqlı biznes modeli, elektrikli nəqliyyat vasitələrinin inkişafı və komanda işinə əsaslanan korporativ mədəniyyətlə əlaqələndirib.
Nəticələrə əsasən, Volkswagendən sonra Škoda Avropada ikinci ən böyük avtomobil istehsalçısına çevrilib və regionun ən sürətlə böyüyən markalarından biri olub.
Zellmer bildirib ki, şirkətin bazar artımı 17 faiz təşkil edib. Onun sözlərinə görə, gəlirlər 9 faiz, mənfəət isə 21 faiz artıb.
Şirkət rəhbəri vurğulayıb ki, uğurun əsas səbəbi sərt idarəetmə modeli deyil, əməkdaşların sərbəst ideya irəli sürə bildiyi və qərarvermədə iştirak etdiyi iş mühitidir.
Klaus Zellmer daha əvvəl Porsche və Volkswagen Group daxilində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O qeyd edib ki, əldə olunan nəticələr yalnız rəhbərliyin deyil, bütün komandanın birgə əməyinin məhsuludur.
İzmedia.az
![]()

