“The National” qəzetinin məlumatına görə, Suriya prezidentinin müşaviri Əhməd Zidan ABŞ-ın Livandakı şiə hərəkatı Hizbullaha qarşı güc tətbiqi ilə bağlı təklifini qəbul etmədiklərini açıqlayıb.
Zidan bildirib ki, Vaşinqton Suriyanın Livandakı vəziyyətə müdaxilə etməsini təklif etsə də, Dəməşq hərbi müdaxilədə maraqlı deyil.
Onun sözlərinə görə, Suriya Livan hökumətinin dövlət institutlarını gücləndirmək səylərini dəstəkləyir, lakin xarici hərbi müdaxiləyə qarşı çıxır.
Qəzetin yazdığına görə, daha əvvəl Suriya Prezidenti Əhməd əl-Şaraanın Vaşinqtona mümkün səfəri və Livandakı vəziyyətdə Suriyanın rolu ilə bağlı müzakirələr aparılıb. Lakin ABŞ tərəfi belə bir səfərin gündəmdə olmadığını bildirib.
Bundan əvvəl mediada Vaşinqtonun Livandakı vəziyyətin həllinə Suriyanı cəlb etməyi nəzərdən keçirdiyi barədə xəbərlər yayılsa da, bu məlumatlar rəsmi şəkildə təkzib olunub.
İzmedia.az
![]()

