Kolumbiyada vəhşi Jaguar Kolumbiya Milli Universitetinin binasına daxil olaraq dəhlizlərdə sərbəst hərəkət edib.
El Tiempo qəzetinin məlumatına görə, hadisə çərşənbə axşamı səhər baş verib və nəticədə xəsarət alan olmayıb.
Bildirilib ki, universitetin Amazon filialında yaquarın görünməsindən sonra dərslər müvəqqəti dayandırılıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və regional ekoloji xidmət əməkdaşları cəlb olunub.
Məlumata görə, heyvan sakit davranaraq dəhlizlərdə gəzib, bəzən uzanaraq mürgüləyib.
Sonradan yaquar tutulub və müşahidə üçün baytarlıq mərkəzinə aparılıb. Rəsmilər onun 118 kiloqram çəkidə erkək olduğunu açıqlayıblar.
Baytarların ilkin rəyinə əsasən, heyvanda dəri infeksiyası aşkarlanıb və yaxın günlərdə təbiətə buraxılması gözlənilir.
İzmedia.az
![]()

