Paşinyan növbədənkənar seçki iddialarını təkzib edib

1 Min Read

 

Ermənistanın baş naziri Nikol Pashinyan ölkə hakimiyyətinin növbədənkənar seçkilərə hazırlaşdığı ilə bağlı iddiaları rədd edib.

Paşinyan iyunun 18-də keçirdiyi brifinqdə seçki hüququ və seçki rüşvətinə görə cəzanın sərtləşdirilməsi ilə bağlı qanun layihələrinin erkən seçki hazırlığı kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.

“Əlbəttə ki, biz buna hazırlaşmırıq”, – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, seçkilərdən əvvəl ictimaiyyət bu sahədə problemlərlə bağlı narazılığını açıq şəkildə ifadə edirdi. Paşinyan qeyd edib ki, dəyişikliklərin seçkidən sonra həyata keçiriləcəyinə dair əvvəlcədən söz verib və hazırda həmin vədlər icra olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş