ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (United States Southern Command) Sakit okeanda “narkotik qaçaqmalçıları” tərəfindən istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.
Qurumun X platformasında yaydığı məlumata görə, Birgə Əməliyyat Qrupu Southern Spear gəmiyə ölümcül kinetik hücum həyata keçirib.
Açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyib.
Əməliyyat nəticəsində üç nəfərin öldüyü qeyd olunub. Hadisə zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
İzmedia.az
![]()

