Cəlilabad şəhərində salınan “Nar Bağı” ailəvi-uşaq parkında abadlıq və quruculuq işləri davam etdirilir.
İzmedia.az xəbər verir ki, Cəlilabad Bələdiyyəsinin vəsaiti hesabına park ərazisində asfaltlanma işləri həyata keçirilib. Görülən işlər parkın daha səliqəli və rahat istifadəsini təmin etmək, sakinlərin, xüsusilə uşaqların və ailələrin istirahəti üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.
Bildirilib ki, yeni asfalt örtüyü parkın estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, ərazidə hərəkətin təhlükəsizliyini və rahatlığını da artıracaq.
Cəlilabad Bələdiyyəsi şəhərin abadlaşdırılması, ictimai məkanların yenilənməsi və sakinlərin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Hazırda “Nar Bağı” ailəvi-uşaq parkında abadlıq işləri davam etdirilir. Layihənin 2026-cı ilin sonunadək tam başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni istirahət məkanının şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili, uşaqların əyləncəsi və ailəvi istirahət üçün şəhərin sevilən məkanlarından birinə çevriləcəyi gözlənilir.

![]()

