Interesting Engineering yazır ki, Seattledə yerləşən Amerika robototexnika şirkəti ictimai məkanlarda istifadə üçün nəzərdə tutulan Codey adlı yeni humanoid robot hazırlayıb.
Təxminən 90 santimetr hündürlüyündə olan robot operator müdaxiləsi olmadan müstəqil hərəkət edə, danışa və sadə qərarlar qəbul edə bilir. Codey muzeylər, otellər və qalereyalar kimi insanlarla daimi ünsiyyət tələb olunan məkanlar üçün interaktiv köməkçi kimi hazırlanıb.
Robot süni intellekt, sensorlar və daxili hesablama sistemi vasitəsilə ətraf mühiti analiz edərək real vaxt rejimində ünsiyyət qurur. Tərtibatçılar bildirirlər ki, hazırda mürəkkəb fiziki tapşırıqları yerinə yetirə bilməsə də, gələcəkdə onun funksiyalarının genişləndirilməsi planlaşdırılır.
Bu il Codey-in pilot sınaqları müxtəlif ictimai məkanlarda keçiriləcək. Robotun ikinci nəsil versiyasının isə 2027-ci ildə təqdim olunması gözlənilir. Layihə üçün başladılan maliyyə kampaniyasında artıq 600 min dollardan çox vəsait toplanıb.
Codey-in inkişafı Hyperon platformasına əsaslanır. Bu sistem robotların daha inkişaf etmiş düşünmə, öyrənmə və qərarvermə imkanlarına malik olmasını hədəfləyir.
İzmedia.az
![]()

