İran milli futbol komandası 2026 FIFA Dünya Kuboku çərçivəsində Belçika ilə 0:0 hesablı oyundan sonra ABŞ-ın Los-Anceles şəhərindən ayrılarkən stadionun soyunub-geyinmə otağında təşəkkür məktubu qoyub.
Məktubda İran xalqının birliyi və tarixi ruhu vurğulanıb. Həmçinin #168 və #Minab həştəqləri qeyd olunub. Bu həştəqlərin fevral ayında İranın Minab şəhərində məktəbə edilən hücum nəticəsində həlak olan qızlara işarə etdiyi bildirilib.
İran milli komandası növbəti oyun üçün Misirlə qarşılaşmaq məqsədilə ABŞ-ın Sietl şəhərinə yola düşüb.
Komanda turnir zamanı ABŞ-da viza və yerləşmə ilə bağlı problemlərlə üzləşib. Məhdudiyyətlər səbəbindən baza düşərgəsi ABŞ-ın Arizona ştatının Tuson şəhərindən Meksikanın Tixuana şəhərinə köçürülüb.
Baş məşqçi Əmir Qalenoyi komandalarını “turnirin ən çox çətinlik yaşayan komandası” adlandırıb.
İzmedia.az
![]()

