Mütəxəssislər bildirirlər ki, yeməkdən əvvəl və ya sonra gəzintinin faydası insanın sağlamlıq məqsədlərindən asılıdır.
Health.com-un məlumatına görə, əgər məqsəd yağ yandırmaq və maddələr mübadiləsini sürətləndirməkdirsə, acqarına və ya son yeməkdən 3-4 saat sonra gəzmək daha effektivdir.
Araşdırmalar göstərir ki, acqarına idman edənlər yeməkdən sonra idman edənlərlə müqayisədə daha çox yağ yandıra bilir.
Yeməkdən sonra gəzinti isə həzmi yaxşılaşdırır, şişkinliyi azaldır və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Xüsusilə yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti diabet riskinin azaldılmasında faydalı hesab olunur.
Mütəxəssislər qeyd edir ki, arıqlamaq və qan şəkərini sabit saxlamaq istəyənlər yeməkdən sonra ilk 30 dəqiqə ərzində gəzintiyə çıxmalıdır.
Qeyd olunur ki, günün hansı vaxtında olmasından asılı olmayaraq, müntəzəm gəzinti ürək sağlamlığını gücləndirir, yuxu keyfiyyətini artırır və ömrü uzatmağa kömək edir.
İzmedia.az
![]()

