Tramp ABŞ və Kuba arasında yaxınlaşma elan etdi

1 Min Read

ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, Kuba hakimiyyəti Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq istiqamətində irəliləyir.

“Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır”, – deyə o, Şimali Dakota ştatına səfəri zamanı bildirib.

Çərşənbə günü Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmadığını açıqladı.

Son aylarda Tramp administrasiyası Havanaya siyasətini dəyişdirməsi üçün təzyiq göstərməyə çalışıb. Məsələn, ABŞ Kubaya qarşı bir sıra əlavə sanksiyalar tətbiq edib və enerji təchizatına mane olmaq üçün blokada yaradıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş