ABŞ rəsmisi Axios-a bildirib ki , Tramp İrana zərbə endirmək planını təsdiqləyib və bu gün NATO sammiti üçün Türkiyədə olarkən onun həyata keçirilməsini əmr edib.
Tramp Ankarada onunla birlikdə Air Force One təyyarəsində uçan Hegseth, Rubio və Besant, eləcə də artıq NATO zirvə toplantısında olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Kaine və digər rəsmilərlə görüşüb.
ABŞ rəsmisi bildirib ki, zərbələrin nə qədər davam edəcəyi hələlik məlum deyil. “Zərbələrin nəticələrini qiymətləndirəcək və qərarları daha sonra verəcəyik”, – deyə rəsmi bildirib.
İzmedia.az
![]()

