Küveyt və Bəhreyn ərazilərinə hücumları təsdiqləyiblər

1 Min Read

CNN-in verdiyi məlumata görə , Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin “düşmən raketləri və dronlarından gələn təhdidlərə” cavab verdiyini bildirib .

İranın ABŞ-ın son hücumlarına “sarsıdıcı cavab” vermək niyyətini açıqladıqdan sonra Bəhreyndə də həyəcan təbili çalınıb .

Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzi, Qırmızı dəniz və Ərəbistan dənizində patrul xidməti həyata keçirən Beşinci Donanmasının qərargahı yerləşir.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu bölgədəki 85 Amerika hədəfinə zərbə endirərək cavab verdiyini açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş