ABŞ Mərkəzi Komandanlığı qüvvələri Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücum etmək üçün istifadə edilən İran imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı növbəti hücumlar həyata keçirib .
ABŞ ordusu bildirib ki, “Zərbələr ABŞ qüvvələrinin İran limanları və sahil ərazilərinin dəniz blokadasını bərpa etməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Blokada Şərq vaxtı ilə saat 16:00-da qüvvəyə minir”.
Onlar əlavə ediblər ki, Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 20-dən çox hərbi gəmisi və yüzlərlə hərbi təyyarə fəaliyyət göstərir.
İzmedia.az
![]()

