Malayziyanın Baş naziri Ənvər İbrahim hökumətin ölkədəki bütün israilliləri dərhal deportasiya edəcəyini açıqlayıb. Yerli medianın məlumatına görə, bu qərar İsrail vətəndaşlarının Forest City özəl yaşayış kompleksinin tikintisində iştirak etməsi ilə bağlı xəbərlər fonunda verilib.
“Əgər İsrail vətəndaşı tapsaq, onları dərhal deportasiya edəcəyik, çünki İsrail dövlətini tanımırıq”, – deyə o qeyd edib.
Malayziyanın İsrail ilə diplomatik əlaqələri olmadığı üçün İsrail pasportu sahibləri xüsusi icazə olmadan ölkəyə daxil ola bilməzlər.
Dünən yerli hakimiyyət orqanları ikili vətəndaşlığa malik İsrail vətəndaşlarının Forest City yaşayış kompleksinin tikintisində iştirak etməsi ilə bağlı məlumatlarla bağlı araşdırma aparılmasını tələb edib.
İzmedia.az
![]()

