Cəlilabadda ev yanaraq külə dönüb.
İzmedia.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Buna baxmayaraq ilkin məlumata görə, birmərtəbəli kürsülü 150 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


![]()

