NBC News xəbər verir ki, Sietldəki Seattle Center mədəniyyət və əyləncə kompleksində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb.
Nəşr bildirib ki, “Sietl Mərkəzində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər yaralanıb”.
Bütün qurbanlar bədənin müxtəlif yerlərindən güllə yaraları alıblar. Dörd nəfər xəstəxanalara aparılıb, yüngül xəsarət alan 40 yaşlı bir qurban isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Qeyd olunur ki, atışma zamanı kompleksdə böyük bir qastronomiya festivalı keçirilirdi.
İzmedia.az
![]()

