Braziliya Argentinadakı səfirini geri çağırdı

1 Min Read

Argentina prezidenti Xavyer Miley Braziliya prezidenti Luiz da Silvanı və Federal Ali Məhkəmənin hakimi Aleksandr de Moraesi tənqid etdikdən sonra Braziliya Buenos Ayresdəki səfiri Julio Bitellini məsləhətləşmələr üçün çağırdı.

Xarici İşlər Nazirliyi CNN Brazil- a açıqlamasında bəyanatların “təhqiramiz” hesab edildiyini və prezidentə, məhkəmə sisteminə və Braziliya xalqına hörmətsizlik göstərildiyini təsdiqləyib.

Diplomatiyada səfirin məsləhətləşmələr üçün geri çağırılması başqa bir dövlətin hərəkətlərinə qarşı güclü bir etiraz deməkdir.

Argentina prezidenti daha əvvəl Lulanı “məhbus”, di Moraesi isə “keçəl əclaf” adlandırmışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş