İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında üç neft tankerini vurub. Trend-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
“Xəbərdarlıqlarımızı qulaqardına vuraraq təhlükəli və qanunsuz marşrutla hərəkət etməyə davam edən üç neft tankeri hücuma məruz qalıb və saxlanılıb”, – deyə İİKK bildirib.
Onlar vurğulayıblar ki, ABŞ-ın Hörmüz boğazından keçmək üçün qanunsuz təlimatlarına əməl edən istənilən gəminin hərəkətləri cavabsız qalmayacaq.
İzmedia.az
![]()

