İraq Türkiyəyə gündə 1 milyon barelə qədər neft tədarük etməyə hazır olduğunu açıqlayıb

1 Min Read

İraq Türkiyəyə neft tədarükünü gündə 1 milyon barelə qədər artıra bilər. Bu barədə İraqın Baş naziri Əli əl-Zeydi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib.

Birgə mətbuat konfransı zamanı Ərdoğan İraq tərəfinin bu həcmdə neft tədarükünün mümkünlüyünü nəzərdən keçirdiyini açıqladı və əl-Zeydi bunu təsdiqlədi: “Bəli, doğrudur – 1 milyon”.

İraqın Baş naziri qeyd edib ki, Türkiyəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin gücləndirilməsinə, o cümlədən enerji, nəqliyyat, təhsil, su ehtiyatları sahələrində əməkdaşlığın gücləndirilməsinə və Fars körfəzi ölkələrini İraq vasitəsilə qlobal bazarlarla birləşdirməyi nəzərdə tutan genişmiqyaslı nəqliyyat dəhlizi olan İnkişaf Yolu layihəsinin həyata keçirilməsinə yönəlib.

Əl-Zeydi bildirib ki, “Səfərimiz sadəcə protokol tədbiri deyil, əsrlər boyu davam edən münasibətlərin möhkəmlənməsinin sübutudur”.

O, İnkişaf Yolu layihəsini iki ölkənin iqtisadi tərəfdaşlığının simvolu adlandıraraq, onu İraqın iki əsas çayı olan Dəclə və Fərat çaylarını tamamlayacaq “üçüncü çay”la müqayisə etdi.

İraqın baş naziri dedi: “Coğrafiya bizə iki çay verib. İndi üçüncü çayı — iqtisadiyyatın çayını istəyirik və bu çay, əlbəttə ki, İnkişaf Yoludur”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş