Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündəki zəlzələlər nəticəsində həlak olanların sayı 6125 nəfərə çatıb. Bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodrigez özünün “Telegram” kanalında məlumat verib. Qeyd olunur ki, bundan əvvəl 5546 nəfərin öldüyü bildirilirdi.
Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6462 nəfər xilas edilib, 60 992 nəfərə isə xəstəxanalarda tibbi yardım göstərilib.
Təbii fəlakət zonasında 43 679 əraziyə baxış keçirilib və qiymətləndirmə aparılıb. Məlum olub ki, bunlardan 41 624-nə ziyan dəyib. Evsiz qalan şəxslərə isə artıq 287 yaşayış evi təhvil verilib.
İzmedia.az
![]()

