Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
İzmedia.az xəbər verir ki, hadisə bu gün səhər saat 06:00 radələrində Hacıqabul–Mincivan avtomobil yolunun Füzuli rayonu, Diləğarda kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Qazel” markalı yük avtomobili ilə “Hyundai Santa Fe” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
![]()

