Yağış suyundan yararlanan yeni sistem şəhər istiliyini və elektrik enerjisi sərfiyyatını azalda bilər

1 Min Read

Mançester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, isti havalarda binaların damlarından toplanan yağış suyu ilə soyutma aparılması kondisionerlərin elektrik enerjisi sərfiyyatını azalda, şəhərlərdə havanın temperaturunu düşürə və isti dalğalarının müddətini qısalda bilər. Tədqiqatın nəticələri “Earth’s Future” jurnalında dərc olunub.
Alimlər Tokiodakı hava şəraitini model olaraq götürərək yağış suyunu damlardan toplayan, çənlərdə saxlayan və isti havalarda avtomatik olaraq damlara püskürdən sistemin simulyasiyasını hazırlayıblar. Modelləşdirmə göstərib ki, damların su ilə soyudulması binaların qızmasının qarşısını alır və kondisionerlərdən istifadə ehtiyacını azaldır. Bu da soyutma qurğularından ətraf mühitə ifraz olunan istiliyi məhdudlaşdıraraq şəhər üzərindəki ümumi havanın temperaturunu aşağı salır. Nəticədə həddindən artıq isti günlərin həm sayı, həm də intensivliyi azalır.
Tədqiqat zamanı məlum olub ki, sistemin effektivliyi çənlərin həcmindən və ya püskürdülən suyun miqdarından daha çox, onun düzgün zamanlamada aktivləşməsindən asılıdır. Çünki normadan artıq istifadə olunan suyun bir hissəsi buxarlanmağa imkan tapmır. Alimlərin fikrincə, bu texnologiya xüsusilə isti illərdə daha yüksək səmərəlilik göstərir və güclü yağışlar zamanı daxili su axınlarının da qarşısını alır. Tədqiqatçılar hesab edirlər ki, bu üsul şəhərlərin iqlim dəyişikliyinə uyğunlaşdırılması və ekstremal hava şəraitinə davamlılığının artırılması istiqamətində effektiv həll yolu ola bilər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş