Rusiyada ölkəni tərk edən bəzi vətəndaşlara qarşı yeni məhdudiyyətlər qüvvəyə minib

1 Min Read

 

TASS agentliyinin verdiyi məlumata görə, Rusiyaya qarşı cinayət və ya inzibati xəta törətməkdə təqsirli bilinən və xaricdə yaşayan Rusiya vətəndaşlarına dair yeni məhdudlaşdırıcı qanunlar qüvvəyə minib. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin avqust ayı ərzində tətbiq olunan yeni hüquqi normaları şərh edərkən bildirib.

Volodinin sözlərinə görə, yeni tənzimləmələr çərçivəsində həmin şəxslərin maliyyə vəsaitləri və əmlakı dondurulacaq, sürücülük hüquqları məhdudlaşdırılacaq, habelə dövlət və bələdiyyə xidmətlərinin elektron formada göstərilməsindən imtina olunacaq. Bununla yanaşı, bu kateqoriyadan olan vətəndaşlara etibarnamə vasitəsilə əməliyyatlar aparmaq, fərdi sahibkar kimi qeydiyyatdan keçmək və elektron imzadan istifadə etmək qadağan edilib. Volodin **”Ölkəmizə xəyanət edənlər üçün cəza qaçılmazdır”** deyə vurğulayıb.

Dövlət Dumasının sədri həmçinin xüsusi hərbi əməliyyat iştirakçıları üçün sosial təminat paketinin genişləndirildiyini və 2022-ci ildən bəri bu sahədə 183 federal qanunun qəbul edildiyini qeyd edib. Eyni zamanda, avqust ayından etibarən ölkənin yanacaq bazarında qiymətləri tənzimləmək və tədarükü artırmaq məqsədilə əlavə sabitləşdirici tədbirlər də tətbiq olunmağa başlayıb.İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş