Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən İzmedia.az a verilən xəbərə görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri sayəsində 1997-ci il təvəllüdlü Həsənov Elvin Vahid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum Daxili İşlər Nazirliyinin polis kapitanı idi.
![]()

