Türkiyənin Fethiye şəhəri yaxınlığında göyərtəsində turistlərin olduğu yaxtada güclü yanğın baş verib. Yerli medianın yaydığı məlumata görə, hadisə zamanı gəmidə 100-dən çox insan olub. Alovun qəfil yayılması nəticəsində turistlər arasında böyük təşviş yaranıb və onlar xilas olmaq üçün özlərini suya tullayıblar.
Hadisə yerinə dərhal sahil təhlükəsizlik və xilasetmə xidmətləri cəlb olunub. Operativ müdaxilə sayəsində sudakı və gəmidəki bütün insanlar təxliyə edilib. Hadisə nəticəsində xoşbəxtlikdən tələfat qeydə alınmayıb.
İzmedia.az
![]()

