“İnterfaks” agentliyinin məlumatına görə, Sevastopolda törədilən partlayış nəticəsində bir Rusiya hərbçisi həlak olub.
Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıblar. Araşdırmalar zamanı 1994-cü il təvəllüdlü qadının bu partlayışı Ukrayna kəşfiyyat orqanlarının göstərişi ilə həyata keçirdiyi müəyyən edilib.
Mənbələrin verdiyi məlumata görə, sui-qəsd nəticəsində ölən şəxs Rusiya Qara Dəniz Donanmasının 4-cü ayrı sualtı briqadasının komandir müavini Robert Şaqeyevdir. Qeyd olunur ki, o, Krım Rusiyanın nəzarətinə keçməzdən əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
İzmedia.az
![]()

