İranda Əli Xameneinin vəfatının 40-cı günü ilə bağlı matəm mərasimləri keçiriləcək

1 Min Read

İranın Tehran, Qum və Məşhəd şəhərlərində mərhum Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin 40-cı günü münasibətilə anım tədbirləri təşkil olunacaq. “Mehr” agentliyinin məlumatına görə, mərasimlərə İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sədrlik edəcək.
Rəhbərin ofisindən bildirilib ki, anım tədbirlərində əhalinin kütləvi iştirakı İslam İnqilabının yeni liderinə sədaqətin göstəricisi kimi qiymətləndirilir.
Mərasimlərin keçiriləcəyi vaxt və məkanlar:
  • Tehran: 18 avqust, saat 17:00-dan 19:00-dək İmam Xomeyni Məscidində;
  • Qum: 19 avqust, axşam namazından sonra Həzrəti Məsumə ziyarətgahında;
  • Məşhəd: 20 avqust, axşam namazından sonra (İmam Həsən Əskərinin şəhadətinin ildönümünə təsadüf edən gün) İmam Rza ziyarətgahında.
Açıklamada vurğulanır ki, bu mərasimlər həm də ölkə vətəndaşlarının “şəhidlərin yolunu davam etdirmək” əzmini nümayiş etdirəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş