ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının xəritəsini sosial mediada paylaşaraq strateji su yolunu “yeni ABŞ ərazisi” adlandırıb. ABŞ dövlət başçısı daha əvvəl də boğaza tam nəzarət etdiklərini və bu mövqeyi qoruyub saxlayacaqlarını iddia etmişdi.
Vaşinqtonun bəyanatlarına İrandan reaksiya gecikməyib. İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Birləşmiş Ştatlar müəyyən edilən şərtləri icra etməyənədək Hörmüz boğazı naviqasiya üçün açılmayacaq.
Tehranın əsas tələbləri arasında ABŞ tərəfindən dəniz blokadasının qaldırılması, dondurulmuş aktivlərin azad edilməsi və neft sanksiyalarının ləğvi yer alır.
İzmedia.az
![]()

