Rusiya İrana hərbi dəstəyi artırır: Xəzər dənizi vasitəsilə trotil və dron hissələri daşınır

1 Min Read
Rusiya ABŞ və İsrailin hava zərbələrindən sonra zəifləyən İranın raket və pilotsuz uçuş aparatı (PUA) arsenalını bərpa etmək üçün Tehrana partlayıcı maddələr və hərbi komponentlər göndərir.
“NBC News” telekanalının Avropa hökumətlərinin sənədlərinə və Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, hərbi təchizat Xəzər dənizindəki dəniz marşrutu vasitəsilə həyata keçirilir. İrana göndərilən yüklərin tərkibinə trinitrotoluol (trotil) tipli partlayıcı maddələr, müxtəlif sursatlar və PUA hissələri daxildir.
Məlumata görə, Qərb hərbi donanmalarının Xəzər dənizində mövcud olmaması Rusiyaya bu yükləri birbaşa və maneəsiz şəkildə İran limanlarına çatdırmağa imkan verir. Müttəfiqlər arasındakı bu hərbi təchizat Moskva və Tehran oxunda strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş