Yaponiyanın Rusiyadakı səfiri XİN-ə gəldi: Sualları cavabsız qoyaraq binanı tərk etdi

1 Min Read
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Qısa sürən görüşdən sonra yapon diplomat jurnalistlərin suallarını cavablandırmadan XİN binasını tərk edib.
Diplomat Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Tokionun sərt reaksiyası və verdiyi bəyanatlara görə diplomatik idarəyə dəvət olunub.
Qeyd edək ki, səfirin XİN-ə gəlişi qalmaqalla müşayiət olunub. Yaponiya tərəfi Putinin İturupa səfərinə etiraz olaraq əvvəlcə Rusiya səfirini Tokiodakı XİN-ə çağırsa da, Akira Muto avqustun 14-ü və 17-də Smolensk meydanına gəlməkdən imtina etmişdi. Buna reaksiya verən Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın “ədəb həddini aşdığını” bildirmişdi. Rəsmi Moskva yapon diplomatın yalnız bu xəbərdarlıqlardan sonra XİN-ə gəldiyini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş