Cəlilabadda ürəyi tutan sürücü qəza törədərək dünyasını dəyişib.
İzmedia.az xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil ürəyi tutub.
Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yoldan kənara çıxaraq yol kənarına düşüb. Hadisə zamanı o həyatını itirib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
![]()

