Salyanda yol qəzasında ölən və yaralananlar var – VİDEO

0 Min Read

Salyan rayonunda ağır yol qəzası baş verib.

İzmedia.az xəbər verir ki, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş