Ukraynanın müdafiə nazirindən xəbərdarlıq: “Tədricən uduzuruq”

1 Min Read

Ukraynanın müdafiə naziri Mixail Fyodorov “Reuters” agentliyinə müsahibəsində ölkəsinin Rusiyaya qarşı müharibədə tədricən mövqelərini itirdiyini bildirib. Nazir Kiyevin vəziyyəti öz xeyrinə dəyişmək üçün kritik qərarlar qəbul etməyə cəmi bir neçə ayının olduğunu vurğulayıb.
Fyodorovun sözlərinə görə, Ukraynada qələbə üçün aydın ümumi konsepsiya və yenilikçilik bacarığı çatışmır. O, həmçinin kök salmış korrupsiya, himayədarlıq şəbəkələri və dövlət qurumlarında siyasi müstəqilliyin olmamasının ölkənin inkişafına ciddi maneə törətdiyini diqqətə çatdırıb.
İndiki məqamı gələcək yolu müəyyən edəcək dönüş nöqtəsi adlandıran nazir əlavə edib ki, Ukraynanın hələ də qalib gəlmək üçün bütün şansları var, lakin müharibəni bitirmək üçün təcili plana ehtiyac duyulur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş