Rusiya Prezidentinin müşaviri: “Ukraynanın 8 mart hücumunun qarşısını aldıq”

1 Min Read

Rusiya Prezidentinin müşaviri Anton Kobyakov TASS agentliyinə müsahibəsində 2022-ci il fevralın 24-də başlanan xüsusi hərbi əməliyyatla Ukrayna ordusunun Rusiya ərazisinə planlaşdırılan hücumunun qabaqlandığını iddia edib. Kobyakovun sözlərinə görə, Kiyev həmin il martın 8-də Rusiyaya hücum etməyi planlaşdırırdı və Moskva bu addımı ilə onları iki həftə qabaqlamış olub.
“Onlar müharibəni Qadınlar Gününə ‘həsr etmək’ istəyirdilər. Lakin Rusiya rəhbərliyinin uzaqgörənliyi sayəsində əvvəllər ortaq olan hərbi bayramımızın ‘qara damğasını’ aldılar”, — deyə Kobyakov vurğulayıb.
Rusiya rəsmisi həmçinin Qərbi Minsk razılaşmalarına sadiq qalırmış kimi görünərək, əslində Ukraynanı müharibəyə hazırlamaqda ittiham edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş