“Axios”: ABŞ İrana qarşı yeni hərbi zərbələr planlaşdırmır

1 Min Read

ABŞ dövlət katibi Marko Rubio xarici həmkarları ilə söhbətində Vaşinqtonun hazırda İrana qarşı yeni zərbələr endirməyi planlaşdırmadığını bildirib. Bu barədə “Axios” nəşri amerikalı rəsmiyə və məlumatlı mənbəyə istinadən xəbər verib.
Rubio diqqətin hərbi əməliyyatlardan daha çox iqtisadi və siyasi təzyiq vasitələrinə, o cümlədən bu həftə elan edilən yeni sanksiyalar paketinə yönəldildiyini vurğulayıb. Bununla belə, amerikalı rəsmi İranın ilk hücum edəcəyi təqdirdə cavab zərbələrinin istisna olunmadığını qeyd edib.
Digər mənbənin bildirdiyinə görə, bu siyasətin ən azı 3 noyabr 2026-cı il tarixində keçiriləcək konqresə ara seçkilərədək qüvvədə qalacağı gözlənilir. Mənbə əlavə edib ki, hazırda Tehranla birbaşa danışıqlar aparılmır və tətbiq edilən təzyiqlər İranı yenidən danışıqlar masasına qaytarmaq məqsədi daşıyır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş