Ryabkov: “BRICS və ŞƏT BMT ilə Bretton-Vuds institutlarında islahatları dəstəkləyir”

1 Min Read

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci və BRICS-in 20-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxış edərkən bildirib ki, hər iki təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) təmsilçiliyini, effektivliyini və demokratik etimadını artırmaq üçün onun hərtərəfli islahatlarını ardıcıl olaraq dəstəkləyir.
Ryabkov vurğulayıb ki, ŞƏT və BRICS ölkələri yalnız BMT-nin deyil, həm də Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi Bretton-Vuds təsisatlarının yenidən qurulmasını tələb edirlər:
“Bretton-Vuds institutlarını qlobal iqtisadiyyatdakı real güc balansı ilə uyğunlaşdırmaq vacibdir. BRICS və ŞƏT həmkarlarımızın bundan yaxşı xəbərdar olması son derece əhəmiyyətlidir.”
Diplomat qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin qlobal maliyyə və siyasi platformalarda rolunun artırılması daha ədalətli və çoxqütblü dünya nizamının formalaşması üçün zəruri şərtdir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş