Qazaxıstanda “Karasora-2026” əməliyyatı: 21 ton narkotik müsadirə edilib

1 Min Read
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədə narkotik maddələrin istehsalı və paylanmasının qarşısını almaq məqsədilə aviasiya və kosmik monitorinqdən istifadə etməklə “Karasora-2026” genișmiqyaslı profilaktik əməliyyatını keçirir. İdarənin media mərkəzinin məlumatına görə, üç ay davam edən tədbirlər zamanı dövriyyədən 21 ton qadağan olunmuş maddə çıxarılıb.
Əməliyyatçılar xüsusilə vəhşi çətənə bitkisinin geniş yayıldığı 60 min hektardan çox ərazini əhatə edən Çuy vadisinə diqqət yetiriblər. Tədbir çərçivəsində 2 mindən çox narkotiklə əlaqəli cinayətin qarşısı alınıb, 4 mütəşəkkil cinayətkar qrup və 25 fitolaboratoriya ləğv edilib. Həmçinin narkotik bitkilərin becərilməsi ilə bağlı 256 hal qeydə alınıb və onlarla plantasiya məhv edilib.
Qeyd edək ki, Qazaxıstan və Qırğızıstan ərazisində yerləşən Çuy vadisi bitki mənşəli narkotiklərin kütləvi istehsal olunduğu əsas məkanlardan biri hesab olunur. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş