Avropa Komissiyasının sədri Ursula fon der Leyen illik “Birliyin Vəziyyəti” çıxışı zamanı Kanadanın Baş naziri Mark Karniyə Avropa İttifaqının ilk assosiativ üzvü olması istiqamətində birgə işə başlamağı təklif edib.
Kanadaya “qapı açmaq” təşəbbüsü Avropa Parlamentində iştirak edən Mark Karni tərəfindən ayaqüstə alqışlarla qarşılanıb. Təklif ABŞ ilə ticarət və siyasi gərginliklərin artması fonunda gündəmə gəlib. Prezident Donald Trampın Kanada mallarına rüsumlar tətbiq etməsi və ölkəni ABŞ-ın 51-ci ştatı olmağa çağırması Ottavanı Avropa ilə iqtisadi və müdafiə əlaqələrini dərinləşdirməyə sövq edib.
Fon der Leyen tərəflərin mövcud CETA azad ticarət sazişini inkişaf etdirərək “Gələcək üçün Alyans” adlanan yeni format üzərində işləyəcəklərini bildirib. Bu tərəfdaşlıq iqtisadiyyat və təhlükəsizlik sahələrində ortaq məkanın yaradılmasını nəzərdə tutur.
Qeyd olunur ki, Aİ-nin assosiativ üzvlüyü hələ rəsmi status kimi mövcud deyil və Birlik daxilində belə bir mexanizmin hazırlanması təklif olunur. Baş nazir Mark Karninin cümə axşamı Avropa Parlamentində çıxışı gözlənilir.
İzmedia.az
![]()

