İranın milli valyutası olan rial kəskin inflyasiya və ağır iqtisadi sanksiyalar fonunda ABŞ dolları qarşısında rekord dərəcədə dəyərsizləşib.
Sərbəst valyuta bazarını izləyən “pashizi.com” platformasının məlumatına görə, İranda 1 ABŞ dollarının satış məzənnəsi tarixi rekor səviyyəyə — 2,3 milyon riala çatıb.
Milli valyutanın kəskin ucuzlaşması ABŞ-ın Tehranı beynəlxalq maliyyə sistemindən təcrid etmək məqsədilə başladığı “İqtisadi Kənarlaşdırma” adlı yeni sanksiyalar paketinin tətbiqindən sonraya təsadüf edir. Ölkədə rəsmi illik inflyasiya 61,4 faizə, ərzaq məhsullarının bahalaşması isə 128,1 faizə çatıb.
İzmedia.az
![]()

