İsrailin Qəzzaya hücumları nəticəsində tələfat sayı artır

1 Min Read
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində daha 4 fələstinli həlak olub, 24 nəfər yaralanıb.
Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabr ayında qüvvəyə minən atəşkəs razılaşmasından bəri həlak olanların sayısı 1 421-ə, yaralıların sayı isə 4 983-ə çatıb.
Ümumilikdə, 2023-cü ilin oktyabrında başlayan hərbi əməliyyatlardan bəri Qəzzada ən azı 74 022 fələstinli həyatını itirib, 175 980 nəfər isə xəsarət alıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş