İsrail ordusuna məxsus “Merkava” tankı Livanın cənubunda yerləşən Arnun şəhərinə zərbə endirib. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, hücum nəticəsində tələfat və ya dağıntıların olub-olmadığı hələlik məlum deyil.
İsrailin davam edən bombardmanları və söküntü işləri fonunda Livan rəhbərliyi cənub ərazilərinin işğalına son qoyulması və atəşkəs rejiminin tam şəkildə tətbiq edilməsi ilə bağlı beynəlxalq çağırışlarını yeniləyib.
Bildirilir ki, martın 2-dən bəri İsrailin Livanın cənubuna atdığı zərbələr nəticəsində ən azı 4 386 nəfər həyatını itirib, 12 407 nəfər yaralanıb. İsrail qüvvələri hazırda Litani çayına qədər olan 600 kvadratkilometrlik Livan ərazisini nəzarətdə saxlayır.
İzmedia.az
![]()

