“Tages-Anzeiger”: WEF-in müsəlman əməkdaşı Trampa sui-qəsd iddiası ilə şərlənərək işdən çıxarılıb

1 Min Read
İsveçrənin “Tages-Anzeiger” qəzetinin yaydığı məlumata görə, Dünya İqtisadi Forumunun (WEF) İslam əsilli qadın əməkdaşı ABŞ Prezidenti Donald Trampın Davosa səfəri zamanı ona qarşı sui-qəsd planlaşdırmaqda yalan ittihamlarla saxlanılıb və daha sonra işindən kənarlaşdırılıb.
Məlumata görə, ABŞ-ın Berndəki səfirliyinə daxil olan anonim məktubda WEF-də İT mütəxəssisi çalışan həmin qadın Trampa qarşı sui-qəsdi əlaqələndirən “İran agenti” kimi təqdim olunub. Dərhal istintaqa başlayan İsveçrə Federal Prokurorluğu qadını həbs edərək 6 saatdan çox dindirib. İttihamları qəbul etməyən əməkdaş bir gün saxlanıldıqdan sonra azadlığa buraxılsa da, WEF rəhbərliyi məxfilik rejimini pozma bəhanəsilə onunla müqaviləni ləğv edib.
Prokurorluq sonradan iddiaların əsassız olduğunu etiraf edərək cinayət işinə xitam verib. Məhkəmədən kənar razılaşmaya əsasən qadına 4 aylıq əməkhaqqı həcmində təzminat ödənilib. Hazırda Cenevrə Prokurorluğu yalan xəbərçilik faktı üzrə araşdırma aparır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş