Hörmüz boğazında gəmi hərəkəti bərpa olunur: İranın danışıqlardakı mövqeyinə təsiri dəyərləndirilir

1 Min Read
İran və ABŞ arasında yeddi aydır davam edən hərbi münaqişəyə son qoyulması məqsədilə vasitəçilər üzərindən aparılan diplomatik danışıqlar fonunda, strateji Hörmüz boğazındakı reallıqlar dəyişməyə başlayıb.
Məlumata görə, əsas dəniz dəhlizi vasitəsilə ticarət gəmilərinin və tankerlərin hərəkəti yüksələn xətt üzrə bərpa olunur. Son hesablamalara əsasən, boğazdan neft və neft məhsullarının axını fevralın 28-də ABŞ-İsrail müharibəsinin başlamasından əvvəlki səviyyənin təxminən 80 faizinə çatıb.
Analitiklərin fikrincə, dəniz marşrutunun açılması ABŞ-ın tətbiq etdiyi liman və gəmi blokadası şəraitində İranın danışıqlarda istifadə edə biləcəyi əsas təsir rıçaqlarından birini zəiflədə bilər. Lakin ekspertlər gəmi hərəkətinin artmasını tam təhlükəsizlik kimi qiymətləndirməyin hələ tez olduğunu vurğulayırlar.
“Wealth Club” investisiya şirkətinin baş strateqi Suzanna Striter “Al Jazeera”ya müsahibəsində bildirib ki, boğazdan neft axınının artması müsbət siqnal olsa da, genişmiqyaslı münaqişə həll olunmayana qədər bu marşrut tam zəmanətli sayıla bilməz. Ekspertlər həmçinin qeyd edirlər ki, iqtisadi çətinliklərə baxmayaraq, İranın danışıqlar masasında asanlıqla geri çəkiləcəyini düşünmək yanlış yanaşma olar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş