İspaniyada vaxtından əvvəl seçki ehtimalı: Pedro Sançez noyabrın 29-nu nəzərdən keçirir

1 Min Read
İspaniyanın Baş naziri Pedro Sançez ölkədə noyabrın 29-da növbədənkənar ümumi seçkilərin keçirilməsi imkanlarını araşdırır. “El Diario” qəzetinin Nazirlər Kabinetindəki mənbələrə istinadən verdiyi məlumata görə, bu addım parlamentdəki bəzi siyasi qüvvələrin hökumətin mənzil böhranı ilə bağlı fərmanlarını dəstəkləməkdən imtina etməsi fonunda gündəmə gəlib.
Növbədənkənar seçki haqqında yekun qərarın fərmanların parlamentdəki müzakirəsinin nəticələrindən və ictimaiyyətin reaksiyasından asılı olacağı bildirilir.
Qeyd edək ki, sentyabrın 29-da İspaniya koalisiya hökuməti mənzil təminatı və kirayə bazarındakı gərginliyi azaltmaq məqsədilə iki yeni fərman qəbul etmişdi. Bu addım ölkə üzrə artan sosial narazılıqlar, o cümlədən Madridin mərkəzində təşkil olunan çadır aksiyaları fonunda atılmışdı. Normal qanunvericilik qrafikinə əsasən, İspaniyada növbəti ümumi seçkilər 2027-ci ildə keçirilməli idi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş