Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 5-dən 6-na keçən gece radar sistemləri Ukraynanın hava məkanında, Rumıniya ilə çay sərhədi yaxınlığında iki hava hədəfi (PUA) qeydə alıb.
Hadisə ilə əlaqədar NATO-nun Şərq cinahının gücləndirilməsi missiyası çərçivəsində 57-ci “Mixail Koqəlniçeanu” hava bazasında növbətçilik edən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-18” qırıcı təyyarəsi dərhal havalandırılıb. Sərhədyanı Tulça bölgəsində əhaliyə xəbərdarlıq edilib və təxminən bir saat davam edən hava həyəcanı siqnalı verilib.
Nazirlik müəyyən edilən dronların Rumıniyanın milli hava məkanını pozmadığını və vəziyyətin tam nəzarətdə saxlanıldığını vurğulayıb.
İzmedia.az
![]()

