İsrailin Qəzzaya hava zərbələri nəticəsində həlak olan fələstinlilərin sayı dördə çatıb

1 Min Read
İsrail hərbi qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis qaçqın düşərgəsinə endirdiyi növbəti hava zərbəsi nəticəsində daha bir fələstinli həyatını itirib. Bununla da gün ərzində İsrailin açdığı atəş və bombardmanlar nəticəsində həlak olanların sayı dörd nəfərə yüksəlib.
Son hava zərbəsi zamanı düşərgədəki mülki infrastruktur zərər görüb, çoxlu sayda insanın yaralandığı bildirilir. Hadisə yerində xilasetmə və tibb briqadaları tərəfindən yaralılara ilk yardım göstərilir, xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.
Səhər saatlarından etibarən Qəzza şəhəri və Xan Yunis istiqamətində həyata keçirilən bombardmanlarda digər 3 fələstinlinin həlak olduğu rəsmən təsdiqlənmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş