HƏMAS-ın İsrailə hücumundan üç ilin ötdüyü 7 oktyabr tarixində İsrail hərbi qüvvələrinin Qəzzanın müxtəlif bölgələrinə reallaşdırdığı hücumlar nəticəsində daha üç fələstinli həyatını itirib.
Məlumata görə, həlak olanlardan biri Kamal Advan xəstəxanası yaxınlığında yerləşən köçkün düşərgəsində xilasetmə əməliyyatı zamanı yaralılara kömək etməyə çalışan Mülki Müdafiə xidmətinin əməkdaşı olub. Xan Yunisin şərqində İsrail ordusunun kütləvi pulemyot atəşi nəticəsində bir gənc oğlan vurularaq öldürülüb, eyni şəhərdə pilotsuz uçuş aparatının endirdiyi zərbə isə üçüncü fələstinlinin ölümünə səbəb olub.
Müharibənin başladığı 7 oktyabr 2023-cü ildən bu günə qədər İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində minlərlə uşaq da daxil olmaqla ən azı 74.000 fələstinli həlak olub.
İzmedia.az
![]()

