2026-cı il Ədəbiyyat üzrə Nobel Mükafatı Kanadalı yazıçı Anne Carsona verilib

1 Min Read
2026-cı il Ədəbiyyat üzrə Nobel Mükafatına kanadalı yazıçı və şair Anne Carson layiq görülüb. İsveç Akademiyası müəllifi “klassik ənənələrlə unikal dialoqda müasir ədəbiyyata yeni formalar bəxş edən cəsarətli və innovativ əsərlərinə görə” bu ali mükafatla təltif etdiyini bildirib. Xatırladaq ki, ötən il bu mükafata macar yazıçısı Laslo Krasnahorkai layiq görülmüşdü.
Bu il Nobel mükafatının təsis edilməsinin 125-ci ildönümü qeyd olunur. Yubiley ili münasibətilə Nobel Fondu mükafat fondunu 1 milyon kron artıraraq 12 milyon İsveç kronuna (təxminən 1.2 milyon dollar) çatdırıb. Qaydalara əsasən, pul mükafatı ilə yanaşı qaliblərə diplom və xüsusi xatirə medalları təqdim olunur. Ənənəvi mükafatlandırma mərasimi Alfred Nobelin anım günündə, dekabrın 10-da Stokholm və Osloda keçiriləcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş